19 İyun 2017 12:32
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Səfər İbrahimovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə kreçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Səfər İbrahimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfər İbrahimov bu il yanvarın 15-də Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun cibindən 200 manat pul və marixuana aşkar edilib.

Səfər İbrahimov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov