19 İyun 2017 15:49
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübahisə etdiyi şəxsi bıçaqlamaqda təqdirləndirilən Amid Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Amid Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə NZS qəsəbəsində baş verib. Amid Osmanov tanışı Cəlal İsmayılovla yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb. Amid Osmanov Cəlal İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Onlarən arasında mübahisə söyüş üstündə düşüb.


Müəllif: Hacı Zeynalov