20 İyun 2017 13:34
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Emiliya Həşimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Emilya Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Emilya Həşimova müxtəlif şəxslərin bəzilərindən işə düzəltmək, bəzilərindən isə əlillərin binasında ev düzəldəcəyi adı ilə pul alıb. Zərərçəkənlər arasında gözdən əlillər də var.

Emilya Həşimova əvvəllər də dələduzluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində cəzası azaldılıb və sonra aministiya ilə azadlığa çıxıb. 2013-cü ildə azadlıqa olan Emilya Həşimovanın məhkumluğu tam ödənilməyib.


Müəllif: Hacı Zeynalov