20 İyun 2017 17:44
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Əfqan Muxtarlının şikayəti təmin edilməyib.

Mayın 31-də Səbail rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov