21 İyun 2017 09:37
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Liman şəhər sakini, 1954-cü il təvəllüdlü Arifə Nəcəfovanın evinə naməlum şəxslər basqın edib. Basqınçılar Arifə Nəcəfova və onun qızı, 1977-ci il təvəllüdlü İlahə Nəcəfovaya çoxsaylı bıçaq xəsarəti yetiriblər.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Amma Arifə Nəcəfovanın həyatını xilas etmək mümkün olmayıb.

İlahə Nəcəfovanın vəziyyətinin isə ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov