21 İyun 2017 12:39
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda dələduzluqda təqsirli bilinən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə Hicran Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu nəticəsinə gəlib.

Qərara görə, onun barəsində 1 saylı Respublika Psixatiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

İttihama görə, Hicran Allahverdiyeva bir qrup vətəndaşın etibarindan sui-istifadə edərək, şirkət yaratmaq adı ilə onların külli miqdarda pullarını ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.

Hicran Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov