21 İyun 2017 17:04
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:30

Daşkəsən rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şahvələdli kəndində baş verib.

Rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov 1980-ci il təvəllüdlü arvadı Kamilə Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Məlumata görə, Kamilə Məmmədova Rafiq Ələkbərovun beşinci arvadı olub. Bundan öncə o, dördüncü arvadı,1983-cü il təvəllüdlü İnci Vəliyevanı çomaqla döyüb.

Buna görə 2 il həbsxanada yatan Rafiq Ələkbərov həbsdən çıxandan sonra Kamilə ilə ailə qurub.

Rafiq Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən Rafiq Ələkbərovun tutulması üçün əməliyyat tədbirləri keçirilir.

***

Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.


APA-nın xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov