21 İyun 2017 21:58
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qusarın Hil kəndində anası tərəfindən zəhərlənərək öldürülən Luiza Saypullayevanın atası Bəxtiyar Ömərov baş verənlərlə bağlı mətbuata danışıb.

Teleqraf.com xəbər verir ki, Bəxtiyar Ömərov bildirib ki, hadisə baş verən zaman evdə olmayıb: "Burada oynayan uşaq idi. 1 saat da keçmədi gördüm arvad gəldi. Qışqırır, ağlayır deyir, uşaq ölüb. Zəng elədik gəlib maşınla apardılar Qusara xəstəxanaya. Yarım saat sonra zəng elədi ki, uşaq rəhmətə gedib".

Bəxtiyar Ömərov hadisəni törədən həyat yoldaşının psixoloji vəziyyətinin yerində olduğunu bildirir. Onlar 12 ildir evlidir, 1 qız övladları olub.

Bəxtiyar Ömərova: "Sonra mənə dedi ki, mən eləmişəm. Dərmanı göstərdi mənə. Bəs südə qarışdırıb verib".

Ailə Qusarın Şirvanovka kəndindən 2 ay öncə Hil kəndinə daşınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com