18 İyul 2014 17:23
555

Moskva müxbirinin verdiyi məlumata görə, M24.ru saytının yaydığı xəbərdə bildirilir ki, paytaxt sakini polisə mənzilindən 12,5 milyon rus rublu (357 min ABŞ dolları) oğurlanması ilə bağlı müraciət edib.

Polisin apardığı araşdırma nəticəsində məlum olub ki, naməlum şəxslər iyulun 17-də gecə saatlarında azərbaycanlının dördüncü mərtəbədə yerləşən evinə girərək dəmir seyfdə olan 12,5 milyon rub məbləğində pulu aparıblar.

Əməliyyatçılar hazırda oğruların dəmir qapını və pulun olduğu seyfi qırmadan necə açdıqlarını araşdırırlar.

/apa/


Müəllif: