22 İyun 2017 09:50
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Badamdar qəsəbəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Aqil Abdulov yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Onların mübahisəsi sonda davaya çevrilib.

Bu zaman həmin şəxs Aqil Abdulovu bıçaqlayıb və hadisə yerindən qaçıb.

Aqil Abdulov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Aqil Abdulovun vəziyyətinin orta-ağır olduğu qiymətləndirilir.

Cinayəti törədən şəxsin həbs edilməsi üçün əməliyyat tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov