22 İyun 2017 14:50
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses iyulun 6-da davam edəcək.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Mərdan Mehrəliyevin idarə etdiyi "Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb. Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır.

Şükür Hümbətov İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.


Müəllif: Hacı Zeynalov