22 İyun 2017 15:18
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-rəsmi yaşadığı qadının qardaşını öldürməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Təhmasib Fərəcov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Naxçıvan şəhər sakini Təhmasib Fərəcovun Xətai rayonunda kirayə yaşadığı evdə baş verib.

O, qeyri-rəsmi yaşadığı Mahirə Cəfərovanın qardaşı, Sabirabad rayon sakini Rövşən Cəfərovla mübahisə edib.

Təhmasib Fərəcov əvvəllər məhkumluq həyatı yaşamış Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. Rövşən Cəfərov hadisə yerində ölüb.

Məlumata görə, Rövşən Cəfərov yeznəsigilə qonaq gedib. Onlar yeyib-içdikdən sonra hətta tort da kəsiblər.

Təhmasiblə Rövşənin arasında “kombi” borcuna görə mübahisə düşüb. Rövşən ona borca görə iradlarını bildirib. Təhmasib Fərəcov tort kəsilən bıçaqla Rövşən Cəfərovu vurub.

Bıçaqlanan Rövşən Cəfərov çölə qaçıb, ancaq huşunu itirərək yıxılıb. O, qanitirmədən dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov