22 İyun 2017 19:07
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bacısına mesaj yazanı öldürməkdə təqsirli bilinən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi 2016-cı il dekabrın 14-də Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonda 21 yaşlı Ələkbər Muxtarovla yazışdığın görüb. O, feysbukda başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ələkbər Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb.

Bundan sonra Mirismayıl Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbəri yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı mübahisə düşüb və Mirismayıl Ələkbəri bıçaqlayaraq öldürüb.

Mirismayıl Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.

Məlum olub ki, qətli törədən Mirismayıl Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Mirismayıl Hüseynov ilkin ifadəsində cinayəti qisqanclıq zəminində törətdiyini etiraf edib. Bildirib ki, öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışıb, görüşə dəvət etdiyi üçün cinayətə əl atıb.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsir bilib.

O deyib ki, görüşə gedən zaman Ələkbəri öldürmək niyyəti olmayıb: "Onu öldürmək üçün getmirdim. Söhbət edəcəkdim. Amma sonra mübahisə etdik".

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Ülviyyə Məcidova ifadə verib. O, bilfirib ki, dünyasını dəyişən 1995-ci il təvəllüdlü Ələkbərin anasıdır.

O, hadisə günü oğlunun evdən dostları ilə görüşmək adı ilə çıxdığını deyib. Qətlin və mübahisənin səbəbləri haqda heç nə bilmədiyini söyləyən Ülviyyə Məcidova oğlunun ölüm xəbərini polisdən eşitdiyini deyib.

Anası deyib ki, əsgərlikdən yeni gələn Ələkbər şirkətlərdən birində mühafizəçi işləyirmiş. Dövlət ittihamçısı məhumun anasına sual verərək şikayətinin və tələbinin olub-olmadığını soruşub. Ü.Məcidova isə cavabında "nədən şikayət edim? Nə olacaq? Hadisədir olub" deyə cavab verib.
Məhkəmə qətli törədən Mirhüseynə mərhumun anasına sual vermək imkanı yaradıb.

Mirhüseyn isə mərhumun anasından üzr istəyib. O əməlindən peşman olduğunu deyib: "Sizdən üzr isrətirəm. Belə olmasını istəməzdim".
Növbəti proses iyulun 4-nə davam edəcək.


Müəllif: Hacı Zeynalov