18 İyul 2014 18:27
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabe qurumlarında 2014-cü ilin birinci yarısının yekunlarına həsr edilmiş müşavirə keçirilib. Teleqraf.com-un xəbərinə görə, penitensiar xidmətin Mühafizə alayının 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirdə penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov sədrlik edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədovun Mühafizə alayının 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib.

Qeyd olunub ki, hesabat dövrü ərzində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilmiş, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib.

Eyni zamanda, alaya gələn gənc əsgərlərin qəbulu, onlara vətənpərvərlik ruhunun aşılanması, tədris toplanışlarının və məşğələlərin yüksək səviyyədə keçirilməsi təmin olunmuşdur. Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

Penitensiar xidmətin rəisi müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov çıxış edərək 2014-cü ilin birinci yarım ili ərzində Mühafizə alayının qarşısında duran vəzifələrin lazımi səviyyədə həyata keçirildiyini qeyd edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının 2014-cü ilin birinci yarısı ərzindəki xidməti və döyüş fəaliyyəti nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla qənaətbəxş hesab edilib.

Hacı Zeynalov


Müəllif: