23 İyun 2017 11:27
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ceyhun Əsgərov 7 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılın.

Ceyhun Əsgərov Azərbaycan Sənaye Sığorta ASC-nin Sumqayıt filialının müdri vəzifəsində çalışıb.

O, həmin şirkətdə çalışarkən vətəndaşların 91 min manat pulunu mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi.

Ceyhun Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Məhkəmə istintaqı dövründə o, dəymiş ziyanı ödəyib.


Müəllif: Hacı Zeynalov