23 İyun 2017 11:54
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçki aludəçisi olan atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Laçın Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Qətl hadisəsi bu il yanvarın 4-də gecə saat 23:00 radələrində Bakının Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası ilə mübahisə edib. Mübahisə 1965-ci il təvəllüdlü ata Mehman Məmmədovun içkili olmasından başlayıb.

Mübahisə nəticəsində Laçın atasına 20 bıçaq zərbəsi endirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


Müəllif: Teleqraf.com