23 İyun 2017 13:38
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə MTN-nin sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib.

O bildirib ki, Xəzər rayon icra hakimiyyəti başçısının sabiq müavini Heydər Ələkbərovu 2011-ci ildən tanıyıb: "İdarə rəisinin müavini İlqar Əliyevin göstərişi ilə Heydər Ələkbərovda olan sənədləri yoxladı. Həmin sənədlər komitə idi. Onların arginalını istədim,bildirdi ki,icra başçısınadır".

Şahid daha sonra o, Əmlak Komitəsi Xəzər rayon şöbəsinin əməkdaşı Rauf Sultanovun saxlanılmasından danışıb. O, bildirb ki,bütün əməliyyatlar idarə rəisinin tapşırığı ilə həyata keçirilib.

Zərərçəkmiş Heydər Ələkbərov bildirib ki, şahid məhkəmədə həqiqəti danışmaq istəmir: "Mənim boynuma şər atıblar. Kamil Şükürov qonşu otaqda saxlayıb, üzümə durmağa məcbur ediblər. Mənim otağımda olanları çıxırdılar. Bu şahid sonradan təcrübəli əməkdaş kimi otağa gəldi. Ona dedim,məni bura kim çağırıb, məni rəhbərimiz lə görüşdürün. Sonra məni İlqar Əliyevin otağına apardılar.

Şahid deyir ki,nəyisə xahiş eləmişəm, bunu yalan deyir".

Daha sonra zərərçəkmiş Maqsud Mahmudov bütün olayları şou adlandırıb: "Biz məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab vrəerməlidir".

Eldar Mahmudovun əlavə şahid qismində dindirilməsini zərərçəkmişlər Mətləb Mustafayev və Ələkbər Heydərov da dəstəkləyib. Bu vəsatət müzakirə edilməyib.

Daha sonra şahid qismində Ələkbər Heydərovun oğlu Aydın ifadə verib. O bildirib ki, 21 1-ci ildə atası MTN əməkdaşları tərəfindən saxlanılıb və İlqar Əliyev ondan 500 min manat tələb edib: "Sonra 300 min manata razılaşdılar. Pulun bir hissəsini dostumdan və əmimdən borc aldıq. Pulun toplanmasında iştirak etsəm də, MTN-də kimə verilməsindən xəbərim olmayıb".

İlqar Əliyevin adının işdə hallanmasına zərərçəkmiş Maqsud Mahmudovun belə münasibət əti olub: "Burada hamı İlqar Əliyevin adını çəkir. Onda Elçin Quliyev həmin idarədə nə işləyib? Buna aydınlıq gətirilsin.

Azər Mehdiyev ifadəsində deyir ki, MTN-də səhhətim pisləməyib. Burada şahid qismində ifadə verən MTN əməkdaşı olan Rafiq səhhətimin pisləşməsini təsdiqləyə bilər. O mənə içməyə su da verib".

Rafiq Abdullayev zərərçəkmişin dediklərini təsdiqləyib.

Digər zərərçəkmiş Mətləb Mustafayev bildirib k, Antiterror Mərkəzinin rəisi müavini İlqar Əliyev 2016-cı ilin oktyabrında həbs olunub, dekabrında intihar edib. Həbsdə qaldığı müddətdə o, bir sıra ifadələr verib. Mustafayev bu ifadələrin səsləndirilməsini xahiş edib.

O, həmin ifadənin elan edilməsini istəyib. Hakim hifadənin sənədlərin tədqiqi mərhələsində elan edəcəyini deyib. Sonra zərərçəkmiş Sahib Qurbanov iki MTN əməkdaşının dindirilməsini istəyib: "Mənim pulumun alınmasında onlar iştirak edib. Onlar dindirilsin, mən də işimi bilim. Mən çox sıxılıram, hədə-qorxu ilə üzləşirəm".

Növbəti proses iyulun 7-dən davam edəcək.


Müəllif: Hacı Zeynalov