23 İyun 2017 14:51
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvadını bıçaqlayan şəxs azadlığa çıxıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İlham Məşədiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İlham Məşədiyevin həyat yoldaşı Şəriyyə öz işində olan problemlərini ona danışıb, İlham Məşədiyev isə "bəsdir, bezdirdin məni" deyərək əsəbləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq ona dəyib.

Məhkəmədə ər və arvad barışıblar.


Müəllif: Hacı Zeynalov