23 İyun 2017 15:13
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zaminbank ASC-də filial müdiri işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müşfiq Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, bankın digər 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməyib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Müşfiq Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovun 9 il, Vasif Həsənovun 5 il, Nalə İsgəndərovanın 4 il, Mehriban İsmayılovanın 4 il, Nuranə Kərimlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iyulun 7-də davam edəcək.

“Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.

Müşfiq Bayramov bankın filial müdiri olarkən öz şirkəti üçün də 253 min manat kredit ayırıb. Mirvari satışı ilə məşğul olan şirkəti özü təsis edib, direktoru isə həyat yoldaşı olub. Filial müdiri krediti həyat yoldaşının adına ayırıb. Sonradan bu məbləğ ödənilib.


Müəllif: Hacı Zeynalov