24 İyun 2017 11:43
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Təbriz küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elçin Tapdıqov özünə məxsus “BMW” markalı avtomobilində bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, Elçin Tapdıqov öz qohumu tərəfindən qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov