24 İyun 2017 16:41
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bayıl qəsəbəsində 1989-cu il təvəllüdlü Nicat Nəsirov naməlum şəraitdə bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Vəziyyəti ağır olduğu üçün Nicat Nəsirovu dindirmək mümkün olmayıb.

8-ci polis bölməsinin əməkdaşları tərəfindən Nicat Nəsirovu bıçaqlayan şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov