24 İyun 2017 18:11
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq avtomobillə qəza törədilib.

Teleqraf.com xəbər verir ki, B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov