24 İyun 2017 18:58
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç rayonda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Müşfiq Məmmədov həbs edilib.

Ondan 2 kiloqram 286 qram marixuana götürülüb.

Daha bir əməliyyat Lerik rayonunda baş tutub. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində 8 hektar sahədə yabanı halda bitmiş, çəkisi 7 ton 580 kiloqram olan 16 min 950 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Bəxtiyar Mehralıyevdən 0,4 qram heroin, evinin həyətinə baxış zamanı isə 2 kiloqram 385 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov