24 İyun 2017 22:48
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Elməddin Ağayev həbs edilib.

Ondan 470 qram marixuana aşkar olunub.

Digər əməliyyat nəticəsində şəhər ərazisində əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlov da yaxalanıb. Ondan isə 465 qram marixuana götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov