26 İyun 2017 09:15
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Etibar Həsənova məxsus “Toyota” markalı avtomobildən 1100 manat oğurlanıb.

Binəqədi rayon Polis idarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Aydınov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com