27 İyun 2017 13:57
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda silah və narkotik alverçisinin yaxalanması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsinə bir nəfərin əl qumbarası satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə o, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib.
Üzərinə baxış keçirilərkən onun satmaq məqsədi ilə qanunsuz saxladığı 1 ədəd "F-1" əl qumbarası və 3 büküm marixuana aşkar edilib.

Sergey Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin nişan verdiyi həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə də aşkar edilərək götürülüb.
Ekspertiza Sergey Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov