27 İyun 2017 17:31
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Elbrus Xəlilov tutulub.

Onun 2015-ci il sentyabrın 11-də Zaqatala rayon sakinləri olan 2 nəfəri aldadıb onlardan ümumilikdə 184 baş qoyun aldığı və pulunu vermədiyi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov