19 İyul 2014 15:58
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əxlaqsızlıq yuvaları təşkil edilməsi halları müəyyən edilib.

DİN-in saytına istinadən xəbər verilir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayon sakini İntiqam Həmidovun rayonun Xaçmaz kəndinin ərazisində yerləşən "Təpə yeri" istirahət mərkəzində, Şəki şəhər sakinləri Qəlbinur Məmmədlinin Kiş kəndinin ərazisində yerləşən "Kiş adası" istirahət mərkəzində, Elçin Əzizovun şəhər ərazisində yerləşən "FM Hotel"-də gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.

/axar.az/


Müəllif: