19 İyul 2014 18:03
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Sabunçu rayon ərazisindəki kafedə dava düşüb.


Sabunçu rayon ərazisində yerləşən “Emin” kafesində naməlum vəziyyətdə 22 yaşlı gənc döyülüb.

Hadisə ötən gün səhər saat 05:00 radələrində baş verib.

Xəstəxanaya yerləşdirilən 1992-ci il təvəllüdlü Turan Məmmədovun üzərində ciddi xəsarətlər aşkar olunub.

Hadisənin təfərrüatları haqqında isə məlumat verilmir.

Sabunçu rayon Polis İdarəsi də gəncin bu şəkildə döyülməsi faktı ilə bağlı məlumat verməkdən yayınıb.

Kafenin yerləşdiyi ərazinin sakinlərinin dediyinə görə isə obyekt daha çox qeyri-normal həyat tərzi keçirən şəxslərin toplaşdığı yer kimi tanınır.

Kafedə keçirilən məclislərdən birindən video görüntü:

AzNews.az


Müəllif: