20 İyul 2014 19:14
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olub.

Mənzildə bağlı qapı arxasında qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Müəllif: