20 İyul 2014 22:23
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Qənbərzadə Təbriz Etibar oğlu batıb.

Teleqraf.com FHN-nin rəsmi saytına istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. T.Qənbərzadənin cəsədi “Nabran” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:35-də başa çatıb.


Müəllif: