21 İyul 2014 09:52

Sumqayıt şəhərində saxta pul dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əliyev tutulub. Ondan 53 ədəd saxta 100 manatlıq əskinas götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun əskinasları Bakı şəhər sakini Rövşən Məmmədovla birgə hazırlaması müəyyən edilib. Rövşən Məmmədovun Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd rəngli printer aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: