21 İyul 2014 10:26
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda yanğın baş verib.

Rayonun Cəlayir kəndində qaz balonunun alışaraq yanması ilə bağlı Qax rayon Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Kənd sakini 52 yaşlı Şükufə Rəşidliyə məxsus yaşayış evinin həyətində qaz balonu anidən alışmağa başlayıb.

Məlum olub ki, yanğın baş verən zaman evdə yalnız Şükufə Rəşidlinin 12 yaşlı oğlu olub və qaz balonunun yaxınlığında kağız parçalarını yandırıb. Nasaz vəziyyətdə olan qaz balonu isə alışmağa başlayıb. Qaz balonunun partlama riski olduğu nəzərə alınaraq, həyətə heç kim buraxılmayıb və kənd sakinləri, yanğından mühafizə hissəsinin əməkdaşları gələnədək qaz balonuna heç bir müdaxilə etməyib. Hadisə yerinə gələn Qax Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını və şəxsi heyəti, yanğının qarşısını dərhal alıb.

Yanğına yerində və tez müdaxilə edildiyindən baş verə biləcək hansısa bir bədbəxt hadisənin qarşısı alınıb. Həyətdə olan 95 kvadratmetrlik yaşayış evi və mal tövləsi, yanğından mühafizə olunub. Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

/milli.az/


Müəllif: