21 İyul 2014 10:54
625

Sabirabad rayon sakinin meyiti tapılıb.

Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, su kanalının Nəsimi kəndi ərazisindən keçən hissəsindən meyit tapılıb. Meyitini üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. İlkin məlumata görə, onun kanalda çimərkən boğulması müəyyən olunub.

Araşdırmalar zamanı meyitin Sabirabad rayonu Şəhriyar kənd sakini Vahid Ağayev olması müəyyənləşib. Vahid Ağayevin meyiti ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: