12 İyul 2017 13:36
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fərasəddin Fərziyev dələduzluqla üzləşib.

O, Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə müraciət edərək paytaxt sakini Vüqar Bəkirovun etibardan sui-istifadə yolu ilə ondan 5 min manat aldığını bildirib.

Vüqar Bəkirov pulu işə düzəltmək adı ilə alıb.

Faktla bağlı cinayət işi başlanıb. Vüqar Bəkirov həbs edilib.


Müəllif: Hacı Zeynalov