21 İyul 2014 11:04

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayonu ərazisində Ağdam rayon sakini Süleyman Məmmədov Bakı şəhər sakini Anar Əliyevi bıçaqlayıb. Anar Əliyev xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Süleyman Məmmədov tutulub. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif: