12 İyul 2017 15:57
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsinə Düyərli kənd sakini Qədir Qədimzadənin narkotik istifadəçisi olması və üzərində narkotik gəzdirməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Qədir Qədmizadə saxlanılıb. Onun çantasından 2 sellofan torbaya bükülmüş yaşıl qoxulu maddə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin maddənin ümumi çəkisi 5 kiloqram 315 qram qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov