21 İyul 2014 11:15
702

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Kür çayında batıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyulun 19-da baş verib.

Məlumata görə, Salyan rayonu Paçaxalac kəndinin ərazisində kənd sakini Heydərağa Mirzəyev Kür çayında çimərkən boğulub. O, nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi olub.

Bundan başqa, Lənkəran rayonu Havzava kəndinin ərazisində Veriəliabad kənd sakini Mirələm Rəhimov göldə çimərkən suda boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: