13 İyul 10:56
252

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. birində qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivindəki kafelərdən

Bakı şəhər sakini, 45 yaşlı Əmir Məmmədov dostları ilə kafedə yeyib-içib. Məclisdə dostlar arasında mübahisə yaranıb, sonda dava düşüb.

Bu zaman masada əyləşən dostlarından biri Əmir Məmmədovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Əmir Məmmədov 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov