13 İyul 11:27

Bakının Sabunçu rayonunda gənclər arasında kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində keçirilən toy şənliyində bir qrup arasında mübahisə qanlı olayla nəticələnib.

Hadisə zamanı qəsəbə sakinləri - 1991-ci il təvəllüdlü Mahir Əhmədov və onun qardaşı, 2000-ci il təvəllüdlü Elxan Əhmədov bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, Elxan Əhmədov musiqi sifarişi üstündə 3 nəfərlə dava edib. Mahir Əhmədov isə araya girib və onları sakitləşdirmək istəyib. Bu zaman qanlı olay baş verib.


Müəllif: Hacı Zeynalov