13 İyul 2017 12:48
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimov azadlığa buraxılıb.

Trend-in məlumatına görə, N.Kərimovun cəza müddəti başa çatıb və o, cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində saxlanılan N.Rəhimov qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilmişdi.

Sabunçu rayon məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


Müəllif: Teleqraf.com