21 İyul 2014 11:32
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qəçrəş kəndinin ərazisində qeydə alınıb. İntiqam Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Sürücü və sərnişini - Sumqayıt şəhər sakini Nərgiz Aslanova xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: