13 İyul 20:16
1 610

Abşeron rayonunda 17 yaşlı qızın şantaj olunması ilə bağlı polisə şikayət daxil olub. Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon sakini İbrahim Novruzlu sosial şəbəkələrdən birində qızla tanış olub.

Bir qədər sosial şəbəkədə danışandan sonra onlar tanış olub. İbrahim Novruzlu sosial şəbəkədə tanış olduğu qızın Masazır qəsəbəsində yaşayan 17 yaşlı Əfsanə Babayeva (ad və soyad şərti verilib –red.) olduğunu bilib.

Onların münasibətləri istiləşib və daha sonra görüşməyə başlayıblar. İbrahim Novruzlu qızla görüşüb və bir-birlərinə SMS-lər yazıblar.
Daha sonra onlar bir-birlərinə lüt şəkillərini göndərib.

Bundan sonra İbrahim Novruzlu qızı bu şəkilləri və ehtiraslı yazdığı SMS-ləri ilə şantaj edib. Şəkilləri və SMS-ləri sosial şəbəkələrdə yaymaması üçün qızdan hər ay 50 manat verməsini tələb edib.

Əfsanə Babayeva əvvəlki bir-iki ayda oğlana tələb etdiyi pulu verib. Amma sonradan hər ay tələb olunan pulu verə bilməyəcəyini başa düşüb və bu səbəbdən polisə şikayət edib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İbrahim Novruzlu Əfsanə Babayevadan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və 50 manat alarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov