21 İyul 2014 11:38
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda mənzildən külli miqdarda pul və qızıl əşyaları oğurlanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Qızıl Şərq küçəsində yaşayan Esmira Baxşəliyevanın evindən qapını açmaqla 3000 manat, 1500 ABŞ dollar, 2000 avro və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Neftçala rayon sakini Mirzəağa Mustafayev və Bakı şəhər sakini Nisə Senalı tutulublar.


Hacı Zeynalov


Müəllif: