21 İyul 2014 11:41
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kebeloba kəndində baş verib.

Rayonun Kebeloba kənd sakini, 1939-cu il təvəllüdlü Kamil Mohma oğlu Mollayev özünü yaşadığı evin həyətyanı sahəsində fındıq ağacından asaraq intihar edib.

K. Mollayevin cəsədi nəvəsi tərəfindən aşkarlanıb.

Prokurorluqdan o da bildirilib ki, K. Mollayev son vaxtlar ağır xəstəlikdən əziyyət çəkib.

Mərhumun cibindən oğluna yazdığı məktub çıxıb.

Məktubda yazılıb: “Ağır xəstəlikdən əziyyət çəkdiyim üçün intihar edirəm. İntihar etməyimdə heç kəsi günahkar hesab etmirəm”.

K. Mollayev məktubunda oğluna anasına və ailənin digər üzvlərinə yaxşı baxmasını da vəsiyyət edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

/apa/


Müəllif: