21 İyul 2014 12:39
595

Bakının Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağcabədi şəhər sakini Adil Xəlilovun idarə etdiyi “VAZ-21043” və Qazax rayon sakini Yusif Mustafayevin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub. A.Xəlilovun sərnişini, həmyerlisi Suliddin Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası Beyləqan rayonu Milabad qəsəbəsinin ərazisində qeydə alınıb. Qəhrəmanlı kənd sakini Nəzər Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. N.Paşayevin sərnişinlərindən - Mahmud Salmanov hadisə yerində ölüb, digər sərnişi, Məmmədəli Əkbərov xəstəxanaya yerləşdirilib.
Kürdəmir rayonu Sor-Sor kəndinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Qabil Qəribov vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü - Xınıslı kənd sakini Aqil Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: