19 İyul 2017 17:36
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs iyulun 19-da, gecə saat 01.00-da Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturub. O, taksi sürücüsünə Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Baxışov həbs edilib.

Elnur Baxışovun əvvəllər məhkum olunduğu bildirilir.


Müəllif: Hacı Zeynalov