21 İyul 2014 15:01
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Yusif Məhərrəmovun məhkəməsi keçirilib.

İttihama görə, ötən il avqustun 30-da Knyaz Knyazlı Bakı sakini Ceyhun Məqsədovu bıçaqlayıb. Hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Knyaz Knyazlı bildirib ki, törədilən cinayətdən xəbəri olmayıb. Yusif Məhərrəmov isə ittihamı qəbul edib. O, törətdiyi cinayəti etiraf edib. Yusif Məhərrəmov bildirib ki, cinayəti tək törədib.

Məhkəmə iclası iyulun 24-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: