22 İyul 2017 10:27
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən dünya çempionu Renad Əliyevin barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə Renad Əliyevin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Renad Əliyevin bəraət istəməsi ilə bağlı şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.

Onun qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.


Müəllif: Hacı Zeynalov