22 İyul 2017 22:14
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Meşəşambul kənd sakinləri Mahama Davaxova, Nigar Anbazova və Şambul kənd sakini Ömər Qorzolova məxsus ümumilikdə 9 baş inək kəndin otlaq sahəsindən oğurlanıb.

Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qullar kənd sakini Yaşar Göylərov və Tərtər rayon sakini Ülfət Abbasov tutulublar.

Ülfət Abbasov əvvəllər məhkum olunub. Hər iki şəxs paytaxtda tikintidə fəhləlik ediblər. Elə burada tanış olan “dost”lar oğurluq etməyə qərar veriblər.

Yaşar Göylərov Ülfətə rayonlarından mal-qaraları oğurlamağı və başqa-başqa yerdə satmağı təklif edib. Onlar rayon ərazisində bir neçə belə cinayət törədəndən sonra yaxalanıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov